Yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb.
"Yeni Sabah" əldə etdiyi məlumata görə, Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Polisin keçirdiyi tədbirlərlə əməli törədən, zərərçəkənin oğlu M.Kazımlı müəyyən olunaraq saxlanılıb.
Məlum olub ki, M.Kazımlı valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və qarşılığında pul əldə edib. Bununla kifayətlənməyən həmin şəxs evdən 2000 manat nağd pul və Nəsimi rayonu ərazisində motosikletdən iki ədəd dəyəri 500 manat olan dəbilqə də oğurlayıb. İnternetdən sifariş
Faktlarla bağlı araşdırma davam etdirilir.
Telegram kanalımız