Abşeronda narkomaniya əleyhinə tədbir keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda narkomaniya əleyhinə tədbir keçirildi - Fotolar

Sosial

16 Mart 2022 14:05 698


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi tərəfindən "Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirilmişdir.

Abşeron rayon Təhsil İdarəsində keçirilən tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) məsul işçisi Vasif Quliyev, Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyasının məsul katibi Şükufə Məmmədova, Rayon Təhsil İdarəsinin metodist-psixoloqu İstək Bəxtiyarova və layihə rəhbəri Vidadi Fətullayev Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam inkişafı sahəsində dövlət rəhbərliyinin qayğısı, müvafiq dövlət qurumları tərəfindən atılan addımlar və görüləcək işlər barədə  iştirakçıları məlumatlandırıblar.Narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin  aparıldığını deyən çıxışçılar, dövlət və ictimai qurumlarla yanaşı,ictimaiyyətin də bu mövzuda fəal olmasının vacibliyini qeyd ediblər. Görüşdə NMDK məsul işçisi Vasif Quliyev tərəfindən rayon məktəblərini təmsil edən müəllim və psixoloqlara slaydlarla izahatlı məlumatlar verilib və təlim keçirilmişdir.

Geniş diskussiya şəklində davam edən tədbirdə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və 1-ci vitse prezident Mehriban Əliyeva tərəfindən ölkə gəncliyinə göstərilən qayğı  və verilən  yüksək qiymətə görə onlara təşəkkür edən iştirakçılar, cəmiyyətimizdə az da olsa yer alan mənfi hallara qarşı mübarizənin daha da artırılmasının tərəfdarı olduqlarını səsləndiriblər. pizza hut

Fəal iştirakçılara Sertifikatların təqdim edildiyi tədbirin sonunda,göstərdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı

Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) və Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliklərinə təşəkkür edildi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!