“Acından nəfəsləri qoxanlar, şəhidləri bəhanə edib...” - Şəbnəmdən tənqidlərə cavab

saytların hazırlanması

Evə çatdırılma

“Acından nəfəsləri qoxanlar, şəhidləri bəhanə edib...” - Şəbnəmdən tənqidlərə cavab

Şou

01 Yanvar 2021 12:59 4037


İki gün öncə Moskvada konsert verdiyi üçün qınanan Şəbnəm Tovuzlu tənqidlərə cavab verib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə yeni il fotosessiyasını paylaşan ifaçı bu tip fikirləri vecinə almadığını bildirib:

“Dedim axı mən ağıllı xanımam. Uğraşmayın mənimlə. Sizin kimi qıraqdan vızıldayanlar çoxdur. Acından nəfəsləri qoxanlar, dincəlin, başınız özünüzə qarışsın. Mənim üçün dəxilsizsiniz. Şəhidləri bəhanə edib, zəhərinizi tökürsünüz. Qınamıram, bəzi bədbəxtləri. Gözünüz çıxsın, nə deyim?   Sezar pizza

Bəli, mən öz xalqımın gücünü bir daha buradakı düşmənlərimizə göstərdim ki, baxın, nə etsəniz də biz yenə güclü xalq olaraq ayaqdayıq. Və qələbə bizimdir. Qarabağ Azərbaycandır. Boş yazıb danışanlara Allahdan ağıl, sonra da səbr diləyirəm”.

Qeyd edək ki, Şəbnəm Tovuzlunun Moskvada konsert verməsi Vətən müharibəsi uğrunda həlak olmuş şəhidlərin ruhuna hörmətsizlik kimi qələmə verilərək, ictimaiyyətdə qınaqla qarşılanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!