Acun İlıcalının keçmiş arvadına cəza kəsildi 

saytların hazırlanması

Evə çatdırılma

Acun İlıcalının keçmiş arvadına cəza kəsildi 

Şou

30 İyul 2024 16:34 885


Məşhur türkiyəli bloqer, sosial media fenomeni və teleaparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının özünün "Instagram" hesabında gizli reklamlar etdiyi məlum olub. 

Bu barədə Oxu.Az "Haber Global"a istinadən bildirir. 

Məlumata görə, Türkiyə Ticarət Nazirliyi bloqerin müxtəlif tarixlərdə 5 fərqli markanın reklamını etdiyini, lakin bunu gizlətdiyini aşkar edib. Bununla da o, həm qanun pozuntusuna yol vermiş olub, həm də qazandığı puldan vergi ödəməyib.  Dominos pizza

Şeyma Subaşı tekstildən zərgərlik məmulatlarına qədər bir çox markanın reklamını etdiyi, lakin reklam olduğunu bildirmədiyi üçün nazirlik tərəfindən 550 min Türkiyə lirəsi (28 min manatdan çox) məbləğində cərimələnib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!