“Doğum günümü uşaq evində keçirəcəyəm”
Bu sözləri “Yeni Sabah”a açıqlamasında bu gün doğum gününü qeyd edən müğənni Rüfət Axundov söyləyib.
40 yaşını qeyd edən ifaçı yeni yaşını kimsəsiz uşaqlarla birgə keçirəcəyini bildirib: pizza sifarişi
“Ad günümü kimsəsiz uşaqlarla bir yerdə keçirəcəyəm, hazırda bunun üçün hazırlıqlar davam edir. Axşam tədbir olacaq, uşaqlar evində kiçik bir konsert verəcəm, həm də ad günümü qeyd edəcəm. Mənlə birgə tədbirdə başqa məşhurlar da iştirak edəcək”.
Müğənni yeni layihələrin də anonsunu verib:
“Yeni yaşımda yeni mahnılar və kliplərlə izləyicilərimin görüşünə gələcəyəm”.
İfaçı həmkarları tərəfindən bu gün münasibətilə sosial şəbəkələrdə təbrik atəşinə tutulub. Təbriklərə Abbas Bağırov, aktyor Nicat Rəhimov, ifaçının müəllimi Teymur Əmrah və başqaları qoşulub.
Əsmətxanım
Telegram kanalımız