“Adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı...” – Erməni “deputat”

saytların hazırlanması

Evə çatdırılma

“Adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı...” – Erməni “deputat”

Rəsmi

04 Avqust 2021 08:53 50679


“Stepanakertdən ayrılanda adam dəli olur. Hər yerdə, yolda Azərbaycan bayraqları var”.

“Yeni Sabah” xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin “parlamentinin deputatı” Metakse Akopyan sosial şəbəkədə yazıb. 

“Yolda üç azərbaycanlı sakit və rahat şəkildə  böyürtkən yeyir. 

Şuşa tamamilə məhv edilir, dəyişilir. Dəhşətə gəlirəm və başa düşürəm ki, mənim Şuşam bir daha əvvəlki kimi olmayacaq, ruhum bir daha orada olmayacaq. 

Qazançetsots (Qazançı kilsəsini nəzərdə tutur) yavaş -yavaş yox olur. 

Siz - Arayik və Nikol, asfalt çəkirsiniz, öz millətinizin başına bir çəkic atırsınız və onları, "xilas edəcəyik",-deyərək aldadırsınız”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!