“Adam nə qədər vəzifədə işləyər?“ - Abel Məhərrəmov

saytların hazırlanması

Evə çatdırılma

“Adam nə qədər vəzifədə işləyər?“ - Abel Məhərrəmov

Sosial

27 Yanvar 2023 10:49 1566


"Mən hələ də Bakı Dövlət Universitetində işləyirəm". 

Yenisabah.az bildirir ki, bunu "Unikal"a açıqlamasında BDU-nun sabiq rektoru Abel Məhərrəmov deyib. 

"Hazırda BDU-da kafedra müdiri vəzifəsini tuturam. Kafedrada 40-dan çox əməkdaş var. Yazırıq, pozuruq. Bir sözlə, məşğuliyyətimiz var. Heç bir narahatlığım yoxdur. Hər şey qaydasındadır.  Marqarita pizza

Mən 20 il Bakı Dövlət Universtetinin rektoru, 10 il dekanı olmuşam. Adam nə qədər vəzifədə işləyər? Bir az da dincəlmək lazımdır", - deyə o bildirib. 

Qeyd edək ki, 73 yaşlı Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru, 2005-2015 ci illərdə isə Milli Məclisin deputatı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!