“Ağlı başında olan hər kəs bilir ki, Manaf Ağayev müğənni deyil, ümumiyyətlə, müğənni hətta nəzəri cəhətdən də elə olmur. O cür səs, musiqi anlayışı, artistizm, faktura ilə müğənni olmaz. Dəmirçioğlunun dediyi kimi: “Bu qılıqda çodar olmaz, ay olmaz…””
“Yeni Sabah” xəbər verir ki, bunu Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, M. Ağayevin hətta adı da müğənni adı deyil. “Adam "novostroyka" tikintisində ideal prorab ola bilərdi. Amma əlbəttə ki, bu hal Manaf müəllimin oxumaq hüququnu əlindən almır. Mahnı ifaçılığı, özünü cəmiyyətə "müğənni" kimi təqdim etmək onun haqqıdır. Əsas sual isə budur. Yaxşı, bəs onu müğənni kimi qəbul edənlərə, mahnısına qulaq asanlara, hələ toylarına aparanlara nə düşüb?
Onlara nə deyək? Doğrudanmı, o adamlar bilmirlər ki, mahnı, müğənni necə olur? Heçmi arada xarici musiqi kanallarına baxmırlar, klip izləmirlər, gördükləri ilə Manafı müqayisə etmirlər? Bir insan övladına nə qədər nifrət etməlidir ki, onun toyuna Manaf Ağayevi çağırsın?! Qonaqlardan nə qədər zəhləsi getməlidir ki, onları Manafı dinləməyə məcbur etsin? pizza
Əgər insanı "Ya ölüm, ya Manafa qulaq asmaq" dilemması qarşısında qoysalar, bəlkə fikirləşmək olar, amma bütün qalan hallarda Manaf Ağayevin "ifasını" dinləmək heç bir baxımdan normal deyil.
Bütün bunlardan çıxan nəticə: Kainatda Manaf Ağayev adlı müğənninin varlığı böyük bir absurddur, amma bu absurdun günahı Manafda deyil, bizdədir. Absurd özü-özünü yaratmır, onu cəmiyyət yaradır. Ona görə də, manafları (yəqin, artıq başa düşmüsünüz ki, bu status üçün Manaf müəllim sadəcə, ümumiləşmiş obrazdır) qınamaq lazım deyil, onları yaradan toplumu qınamaq lazımdır”.
Telegram kanalımız