“Gecələr məni ələ salırlar” - Əli Mirəliyev gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

“Gecələr məni ələ salırlar” - Əli Mirəliyev gileyləndi

Şou

10 Sentyabr 2021 13:59 7473


“Gecə saat 12-də, 1-də telefonuma yığırlar. Zəng edirlər, ələ salırlar…”

Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev deyib.

İfaçı son vaxtlar tanımadığı şəxslərin ona durmadan zəng etdiyini bildirib. Onun sözlərinə görə, kimsə qəsdli şəkildə nömrəsini ayrı-ayrı şəxslərə verir: Dominos pizza

“Neçə vaxtdır başıma bir hadisə gəlib, heç kəsə də demirəm, ürəyimdə saxlayıram. Mənə olunan təhqirlərin ardı-arası kəsilmir. Rayonlarda yaşayan insanlar tez-tez telefonuma zəng edirlər. Kimsə Bakıdan nömrəmi orada yaşayanlara verir, deyir ki, “adı Əlidir, mal-qara satır”.  Amma demir ki, müğənni Əli Mirəliyevdir. Məni bezdiriblər, bütün gün, hətta  gecə saat 12-də, 1-də telefonuma yığırlar”.

Müğənni bəzən gələn zənglərə cavab verdikdə onu ələ saldıqlarını deyib:

“Gündə bəlkə də 10 dəfə fərqli nömrələrdən zəng gəlir. Yaşlı vaxtımda zəng edirlər, bir də görürsən ələ salırlar. Mən də tanımadığım nömrədən belə olsa, zəng gələndə çalışıram cavab verim, çünki düşünürəm ki, birdən işlə bağlı olar. Cavab verirəm, deyirlər “Əli əmidir? Dana almaq istəyirəm”. Niyə belə edirsiniz? Bekar qalmısınız? Xalqımızın işğaldan azad olunan torpaqlara başı qarışıb, gedin siz də Qarabağda çalışın, bir işin qulpundan tutun. Özü də bunu edənlər cavan uşaqlardır, səslərindən hiss edirəm ki, 30-35 yaşları olar. Ayıb deyil!? Gedin, vətənə bir xeyir verin. Müğənnilərə qarşı belə hərəkətlər edəndə əlinizə nə keçir? Boş yerə konturunuz gedir, özünüzə də ziyan vurursunuz”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!