“Adına layiq deyildi” - Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Adına layiq deyildi” - Mikayıl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı rəsmi açıqlama

Mədəniyyət

02 Oktyabr 2019 13:59 1523


Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.

“Yeni Sabah” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov “Report”a açıqlamasında deyib ki, Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib.

O bildirib ki, əvvəlki abidə yararsız halda olub: “Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”. Marqarita pizza

Şöbə müdiri abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib: “Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!