ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Sosial

14 Yanvar 2022 09:15 525


Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Yeni Sabah”a verilən məlumata görə, belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

“Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”, - məlumatda qeyd edilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!