Aeroport yolunda piyadanı avtomobil vurub öldürdü - Fotolar
02 İyl 2020 23:40
284

Aeroport yolunda piyadanı avtomobil vurub öldürdü - Fotolar

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza Aeroport şossesində qeydə alınıb.

Şəxsiyyəti hələlik naməlum olan və təxminən 40-45 yaşlı kişi piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyib.

Bu zaman onu “Toyota” markalı minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Əraziyə Xəzər Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

/Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər