Afaq geyimindən danışdı: “Namus-qeyrət şousu göstərib, amma özünü açıb buraxan…”

saytların hazırlanması

Evə çatdırılma

Afaq geyimindən danışdı: “Namus-qeyrət şousu göstərib, amma özünü açıb buraxan…”

Şou

17 Mart 2019 00:41 1855


 “Dünən Novruz bayramı ilə əlaqədar Dövlət Neft və Sənaye Universitetinin təşkil etdiyi konsertdə iştirak etdim. Nədənsə səhnəyə geyindiyim geyim mediada rezonans yaradıb və geyimim gündəm mövzusuna çevrilib”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Afaq Aslan bu gün sosial şəbəkələrdə gündəm olan tələbələr qarşısında çıxışı zaman çəkilmiş fotolara münasibət bildirərkən deyib. Estrada “pop” janrında musiqilər ifa etdiyini deyən Afaq Aslan hara, necə geyinmək lazım olduğunu gözəl bildiyini qeyd edib: “Fikirlərinizi və müzakirələrinizi özünüzə saxlayın. İradlarınızı gedib Tarqovuda gündəlik həyat tərzində bundan beşbetər geyimlər geyinib küçəyə yarıçılpaq vəziyyətdə çıxanlara bildirərsiniz!

Bəli, mən Afaq Aslanam! Bəzi müğənnilərdən fərqli olaraq səhnədə qapalı geyinərək namus-qeyrət şousu göstərib, həyatda özünü açıb buraxan, iki cümləni bir-birinin ardınca qurmağı bacarmayan, intellektual səviyyəsi sıfıra bərabər olan tanıdığınız və gördüyünüz bir çox savadsız şou-biznes nümayəndələrindən deyiləm! pizza mizza

Bu mənim imicimdir, səhnə obrazımdır! İnşallah Allah sizə nəsib edər həyatdakı ciddi və ağır təbiətli Afaqı az da olsa yaxından tanıyarsınız və ondan sonra anlayarsınız ki, həqiqətən də hər şey heç də kənardan göründüyü kimi deyil. 

Görüntü insanları aldatsa belə mən hər iki Afaqdan məmnunam. İncəsənət və səhnə “çılğınlıq” tələb edir, həyat isə “ciddilik” və “əzmkarlıq”. 

Bunların hər ikisini bir arada idarə etmeyi bacarıramsa bu artıq mənim üstünlüyümdür”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!