Afət Fərmanqızı gündəmdə qalmağın yolunu tapıb

saytların hazırlanması

Evə çatdırılma

Afət Fərmanqızı gündəmdə qalmağın yolunu tapıb

Şou

18 Mart 2020 13:50 928


Koronavirus təhlükəsi səbəbiylə 14 mart tarixindən etibarən bir ay müddətində Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. 

Yenisabah.az xəbər verir ki, müğənni Afət Fərmanqızının belə həssas məqamda sosial şəbəkədəki hesabında paylaşdığı video səs-küyə səbəb olub. İfaçının Tovuz toyundan paylaşdığı görüntülər izləyicilərin marağına səbəb olub. 

Onlar ifaçının görüntülərinə “Toylar ləğv edilib, siz hələ də oxuyursunuz?”, “İcazə yoxdursa, bu oyunu necə çıxarırlar?”, “Qadağa sizə təsir etməyib, deyəsən” kimi rəylər yazıblar.  pizza hut

“Yeni sabah”a danışan A.Fərmanqızı sözügedən çəkilişin köhnə olduğunu bildirib: “Xeyr, toyda olmamışam. O video köhnədir. Mart ayının 12-də Tovuz toyunda idim, orada çəkilib”. 

Qeyd edək ki, xanım ifaçının "Xəzər" telekanalının "qara siyahı"sına salındığı iddia edilir. Qadağaya düşən müğənnilər arasında Damla, Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Türkan Vəliyeva və Pərviz Bülbülənin adı var.

Sosial şəbəkə iştirakçıları müğənninin köhnə videoları paylaşmaqla gündəmdə qalmağa çalışdığını iddia ediblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!