"Yaşlı sənətkar efirə çxıır, yazıq-yazıq gah Faiq Ağayevə, gah da ona-buna söz atır. Heç kim ona cavab vermir, çünki vaxtilə bunu ediblər, artıq “başını buraxıblar”. Mənim o xanıma təklifim var”.
“Yeni Sabah”ın məlumatına görə, bunu müğənni Afət Fərmanqızı deyib. O, bu sözlərlə Xalq Artisti Flora Kərimovanı nəzərdə tutur:
“Gəl gedək, xınalara, “hakışta” deyək. Görürəm, boş dayanmısınız, yetənə yetirsiniz, yetməyənə daş atırsınız. Məsələn, siz “Kaş ki bütün oxuyan xanımlar, Afət kimi mərd ola” deyərsiniz, mən də “hakışta” deyərəm. Özdə mən əliaçığam, dediyinizin arxasına sıfır əlavə edərəm”. Sezar pizza
A.Fərmanqızı qeyd edib ki "Flora Kərimovanın 4 oktava səsi var, nə istəsə deyə bilər" kimi fikirlər səhvdir: “Ən güclü səs eşşəkdədir, 6 oktava səsi var. Onda eşşək başımıza çıxmalıdır?”.
Qeyd edək ki, Flora Kərimova “Hüseynova bacıları” verilişində Fərmanqızına bu sözləri demişdi:
“O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.
Telegram kanalımız