“Afətin maşınının salonu Nəsiminin dərisindəndir...” - Meyxanaçı

saytların hazırlanması

Evə çatdırılma

“Afətin maşınının salonu Nəsiminin dərisindəndir...” - Meyxanaçı

Şou

15 Fevral 2019 17:39 1584


Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızı ilə bağlı qalmaqallı açıqlama verib.

“Hər şey daxil” verilişinə qonaq olan ifaçı Afətin Nəsiminin “sığmazam” qəzəlinə mahnı oxumasını ələ salıb.

“Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu, 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir” deyə Ələkbər bildirib. Dördpendirli pizza

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə “Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu xanıma bu mahnıya görə maşın verməz” deyərək, ifaçını müdafiə edib.

Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib. O, pulun ona mahnıya görə verildiyini qeyd edib:

“Maşının çatmayan pulunu mahnıya görə mənə veriblər, əzizim Tolik. Şabaş kimi… Düşmənlərimin acığına verdilər. Maşın hamını gic edib”. 

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!