Afətlə dalaşan meyxanaçı nömrəsini sosial şəbəkədə yaydı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Afətlə dalaşan meyxanaçı nömrəsini sosial şəbəkədə yaydı - Foto

Şou

29 May 2019 11:46 1698


Müğənni Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanıb.

"Yeni Sabah" bildirir ki, meyxanaçının dediyi "Bəzi müğənnilər pozğundur. Ancaq bahalı maşın və evlərini nümayiş etdirirlər" ifadəsinə Afət sərt reaksiya verib.

Sənətçinin "Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev necə alıbsa, o cür almışam. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, onları pozğun adlandırırlar. Yəqin pozğunluqda olanda yanında aparıblar sizi. Bəzi üzdəniraq şou nümayəndələri peyda olub. Hünəri çatırsa, ad çəksin. Mən də ad çəkməmişəm, sözü atdım, yiyəsi götürsün" sözləri Fatehi özündən çıxarıb. pizza hut

Aqşin Afəti işarələyərək, onun ünvanına sərt sözlər yazıb. Meyxanaçı öz nömrəsini də İnstaqram-da açıq paylaşıb:

"Kimliyindən və sənətindən asılı olmayaraq, istər müğənni, istərsə də meyxanaçı... Allahdan başqa heç kimdən qorxum yoxdur. Dediyim hər sözün də arxasındayam. Əgər dediyim sözlər kimisə narahat edirsə, demək, hədəfinə çatıb. Millət bezdi daha bu pozğun, üzdəniraq "qadın və kişilərin" biabırçılıqlarından. Kimin sözü varsa, zəng vursun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!