AFFA 2 idman kanalına dair birgə bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

AFFA 2 idman kanalına dair birgə bəyanat yaydı

İdman

20 Fevral 2026 15:44 370


AFFA, “CBC Sport” və “İdman TV” birgə bəyanat yayıblar.

"Yeni Sabah" xəbər verir ki, birgə bəyanatda artıq Misli Premyer Liqası matçlarının "CBC Sport"la yanaşı, "İdman TV"də də yayımlanacağı bildirilib. Yəni hər turdan 1 matç "İdman TV" vasitəsi ilə nümayiş etdiriləcək.

Misli Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!