“Səbail” FK ilə “YAARA” MMC arasında akademiyanın futbol geyimlərinin hazırlanması ilə bağlı anlaşmazlıq yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə klub bəyanat yayıb.
Bakı klubu bildirib ki, cari ilin sentyabrın 11-də Online shopping Azərbaycan
“YAARA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalanıb, ancaq sözügedən şirkət öhdəlikləri yerinə yetirməkdən imtina edib:
“Müqaviləyə əsasən, anlaşdığımız tekstil şirkəti klubumuzun akademiyası üçün ümumilikdə ƏDV daxil 85.255 AZN məbləğində futbol geyim dəstləri hazırlanmasını üzərinə götürüb. Lakin sonradan “YAARA” biz tərəfdən 33.350 AZN məbləğdə avans ödənişi edilmədiyini əsas gətirib. Halbuki, “Səbail” klubu müqavilədə əksini tapan 60 faizlik avans ödənişini həyata keçirib. Tərəfimizdən müqavilə üzrə ümumilikdə 53.000 AZN məbləğində ödəniş həyata keçirilib”.
Şirkətin ittihamlarından sonra “Səbail” klubunun İdarə Heyətinin sədri Mirzə Bayrampur da müsahibə verib.
Klub rəsmisi bildirib ki, 34 min manat nağd şəkildə adıçəkilən şirkətin təsisçisi və direktoru Yaqut Bayrama verilib:
“Yaqut Bayram 34 min manatı, yəni 20 min ABŞ dollarını oktyabrın 2-də öz evinin həyətində təhvil aldığını təsdiqləyib. Bununla bağlı “WhatsApp” yazışmamız da var. Həmin şəxs 34 min manat, yəni 20 min dolları təhvil aldığını yazıb. Biz də izah edirik ki, bu pulu nağd şəkildə qəbul etmisinizsə və vergidən yayınma halı yoxdursa, kassa mədaxil qəbzini bizə təqdim edin. Ancaq heç bir sənəd təqdim edilmir. Əvəzində bizdən bütün məbləği ödəməyimiz tələb olunur. Sonradan gəlib dedilər ki, “100 faiz ödəniş etməlisiniz”.
Bizə “pretenziya” məktubu göndəriblər ki, “20 min dollar məsələsi ümumiyyətlə olmayıb, həmin pulu almamışıq”. Halbuki insan almadığı bir məbləği niyə qəbul etdiyini yazsın?
20 min dollardan əlavə noyabrın 5-də 9 və 10 min manat ödəmişik. Normalda vergidən yayınan şirkətlər belə edirlər. Pulu qəbul edirlər, amma rəsmi qaydada sənədləşdirmirlər. Biz 250 ədəd ekipirovka və 500 ədəd oyun dəsti sifariş etmişik. Bir neçə komandamız üçün yalnız oyun formalarını gətirib təhvil veriblər. İki-üç komandamıza həmin formaları veriblər ki, uşaqlar geyinsinlər. Bununla da məsələ bitib. Digər ekipirovkalar, çantalar və sair məhsulların heç biri bizə təhvil verilməyib. Halbuki kifayət qədər çox məhsul sifariş etmişik.Artıq bu məsələ ilə bağlı tədbir görmüşük. Kommersiya məhkəməsindən tutmuş bir çox instansiyaya müraciət ünvanlamışıq. Özümüzə borc bildik ki, düzüksə, niyə sakit qalmalıyıq?”.
Telegram kanalımız