AFFA: Dörd komandanın məşqlərə başlamasına icazə verilib
07 İyl 2020 15:14
289

AFFA: Dörd komandanın məşqlərə başlamasına icazə verilib

AFFA dörd klubun avrokuboklarda iştirak üçün məşq etməsinə icazə verildiyini təsdiqləyib.

Yenisabah.az bildirir ki, bu barədə Oxu.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib:

“Avrokuboklarda Azərbaycanı təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” məşqlərə icazə verilməsi üçün AFFA-ya müraciət etmişdi. Biz də müvafiq olaraq Gənclər və İdman Nazirliyinə bu barədə bildirmişdik.

Artıq Nazir Azad Rəhimov bu dörd komandanın məşq keçməsi üçün bizə razılıq verildiyini bildirib. Nazir həmin klubların sərt karantin rejiminin tətbiq olunmadığı rayonlarda məşq keçməsi üçün heç bir problemin olmadığını deyib. Həmin rayonun hansı olacağını mən deyə bilmərəm. Bu, klubların öz seçimindən asılıdır”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər