AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Yenisabah.az xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Astana” (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) oyunu noyabrın 30-da, Astanada keçiriləcək.
Xatırladaq ki, "Dinamo"da Azərbaycan milli komandasının üzvü Mahir Emreli də çıxış edir.
Telegram kanalımız