“Neftçi”nin baş məşqçisi Rəşad Sadıqovla gərginlikdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin baş məşqçisi Rəşad Sadıqovla gərginlikdən danışdı

İdman

28 Noyabr 2026 10:28 46


"Neftçi"nin baş məşqçisi Yuri Vernidub "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovla aralarında yaranan gərginliyə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, ukraynalı mütəxəssis tərəflər arasında ciddi bir problemin olmadığını vurğulayaraq məsələnin bağlanmasının vacibliyini qeyd edib:

"Mənimlə Sadıqov arasında ciddi nəsə olmayıb. Bəlkə də onda nəsə olub, məndə heç nə yoxdur. Davakar insan deyiləm. Ona qarşı heç bir iradım yoxdur. Sadəcə oyun zamanı bəzi epizodlara görə emosional reaksiya verdim, amma hər şey mədəni çərçivədə olub. Bu mövzunu birdəfəlik bağlamaq lazımdır". Məişət texnikası

Xatırladaq ki, Misli Premyer Liqasının XIII turu çərçivəsində baş tutan matçda "Neftçi" rəqibi "Zirə"ni 1:0 hesabı ilə məğlub edib. Görüşdən sonra Rəşad Sadıqov matçdakı gərginliklə bağlı danışaraq ukraynalı həmkarına öz iradlarını bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!