Ağacları kəsən MMC-nin işi prokurorluğa göndərildi 

saytların hazırlanması

Evə çatdırılma

Ağacları kəsən MMC-nin işi prokurorluğa göndərildi 

Sosial

27 Oktyabr 2022 11:32 784


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib. 

 Xidmət rəsmisi Fərid Piriyev Yenisabah.az-a bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!