Ağcabədi rayonunda "Aşura" mərasimini keçirməyə cəhd edənlər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları pizza pizzaxidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N.Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində pizzaisə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Telegram kanalımız