Ağcaqanadlar Röyanın istirahətini burnundan gətirdilər - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ağcaqanadlar Röyanın istirahətini burnundan gətirdilər - VİDEO

Şou

08 Avqust 2023 13:42 1321


Xalq artisti Röya Ayxanın Mərdəkanda yerləşən bağ evindəki istirahəti burnundan gəlib. 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, sənətçi hər axşam ağcaqanadların hücumuna məruz qaldığı ilə bağlı sosial şəbəkə hesabında video post paylaşıb. 

Röya bildirib ki, bağında ağcaqanadlara qarşı dezinfeksiya işləri görsə də, onların sayı azalmayıb:  Pepperoni pizza

"Ağcaqanadlar məni yeyir. Bir ay ərzində 4 dəfə bağ evimi "dərmanlamışam". Bir saat əvvəl yenə gəldilər və buraları "dərmanlandılar". Amma hələ də ağcaqanadlar bizi yeyir. Gələn insanların da əksəriyyəti deyir ki, ağacı sulamayın. Amma biz ağacları sulamırıq". 

Röya daha sonra bu məsələdə qonşularına müraciət edib: 

"Qonşularımdan rica edirəm, nə olar, hamımız bir yerdə ağcaqanadlara qarşı bu dezinfeksiya işlərini görək. Sizi həyətinizdə ağcaqanadlar yemir? Necə olur, yalnız bizi yeyir? Nə olar ki, siz də o şirkətə zəng vurun, siz də öz evinizi ağcaqanadlardan təmizləyin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!