Ağciyər İnstitutunda qeydə alınan ölümlərin statistikası - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Ağciyər İnstitutunda qeydə alınan ölümlərin statistikası - Rəsmi

Sağlamlıq

05 Fevral 2020 18:56 1545


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) ötən il ərzində 114 ölüm faktı qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, son günlər Ağciyər İnstitutunda ard-arda bir neçə ölüm halı baş verib.

Qeyd edək ki, bütün bunlara baxmayaraq, ET ACXİ-də ötən dörd illə müqayisədə cari il üçün qeydə alınan ölüm hallarında azalma müşahidə edilir.

Belə ki, ET ACXİ-də 2016-cı ildə 134, 2017-ci ildə 103, 2018-ci ildə 102, 2019-cu ildə 114 ölüm halı baş verib.

Cari ilin yanvar ayında qeydə alınan ölüm halları isə ötən dörd ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Belə ki, 2016-ci ilin yanvar ayı ərzində 14, 2017-ci ilin yanvar ayı ərzində 14, 2018-ci ilin yanvar ayı ərzində 11, 2019-cu ilin yanvar ayı ərzində 6 ölüm faktı qeydə alındığı halda, cari ilin yanvar ayı üçün bu rəqəm 19 olub. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!