Ağciyər xərçənginə qarşı ilk peyvənd hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

Ağciyər xərçənginə qarşı ilk peyvənd hazırlanır

Sosial

22 Mart 2024 21:33 761


Britaniyalı alimlər ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndin hazırlanması üzərində işləyir. 

Bu barədə məlumatı “Sky News” yayıb.

Bildirilir ki, “LungVax” adı verilən peyvənd sözügedən xəstəliyə tutulma hallarının qarşısını 90%-ə qədər ala biləcək. Dominos pizza

Məlumata görə, peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.

Bir neçə xeyriyyə təşkilatı alimlərdən ibarət komandaya 3000 doza “LungVax” peyvəndinin hazırlanması üçün 1,7 milyon funt sterlinq maliyyə ayırıb.

Peyvənd Oksford Universitetinin alimləri və “AstraZeneca” şirkəti tərəfindən birgə hazırlanır.

Xatırladaq ki, “BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci də xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar. Türkiyəli cütlük sözügedən vaksinin üzərində 15 ildən çoxdur ki işləyir. Şirkət 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur.//Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!