Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapıldı - Fotolar
05 Yan 2021 19:35
432

Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapıldı - Fotolar

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu Qiyaslı kəndi ərazisində xeyli sayda mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenisabah.az-a verilən məlumata görə, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Ağdam rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndəriilib. Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. 

Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atışların həyata keçirildiyi müəyyən olunub.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 528 ədəd sursat: 3 ədəd top mərmisi, 72 ədəd “Qrad” qurğusundan açılan 122 mm-lik 9M22U raketi, 5 ədəd minatan mərmisi, 2 ədəd TM62P tank əleyhinə minası, 919 ədəd partladıcı, eləcə də 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi aşkar edilib.

Aşkar olunmuş sursatlar Agentliyin çütəxəssisləri tərəfindən DİN və DTX-nın əməkdaşlarının iştirakı ilə partlayış yolu ilə zərərəsizləşdirilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər