“Ağdamda erməni vandalizminin nəticələrini görəcəklər” 

saytların hazırlanması

Evə çatdırılma

“Ağdamda erməni vandalizminin nəticələrini görəcəklər” 

Siyasət

11 Aprel 2021 11:46 906


Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda erməni  vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər: “Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şəhərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!