Ağdamdakı dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ağdamdakı dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu

Hadisə

01 May 2026 21:44 129


Ağdamda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin kimliyi məlum olub.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması zamanı Ağdərə rayonunun Kolatağ kənd sakini, 1966-cı il təvəllüdlü Surxay Kərimov və Cəsarət Hacıyev ölüblər.

Qeyd edək ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!