Ağdərədə qanunsuz erməni silahlı dəstəsinin 30-dan çox üzvü kütləvi fərarilik etdi

saytların hazırlanması

Evə çatdırılma

Ağdərədə qanunsuz erməni silahlı dəstəsinin 30-dan çox üzvü kütləvi fərarilik etdi

Rəsmi

10 Yanvar 2022 19:50 1229


Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq və narazılıq halları artmaqdadır. “Könüllülər” fürsət düşdükcə ailələrini də götürüb Ermənistana köçürlər.

Ağdərə ərazisindəki mənbələrdən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 9-da saat 12.00 radələrində həmin istiqamətdə fəaliyyət göstərən qanunsuz silahlı dəstənin 30-dan çox üzvü kütləvi şəkildə fərarilik edib. Qarabağ sakini olan 30-dan çox erməni evlərinə buraxılmamasından hiddətlənərək silahlı dəstəni tərk edərək evlərinə gedib.

Mənbənin məlumatında, həmçinin bildirilib ki, qanunsuz dəstənin əvvəlcədən razılığa gələn üzvləri təhkim olunduqları əraziyə taksilər və avtomobili olan qohumlarını çağırıblar. Qanunsuz silahlı dəstənin “komandiri və müavinləri” insidentlə bağlı dindirilmək üçün prokurorluğa çağırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!