"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi".
"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Türkiyənin keçmiş xarici işlər naziri Hilmət Çətinin vəfatı ilə bağlı başsağlığında qeyd olunub.
Dövlət başçısı qeyd edib: "Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. ShopByBro
Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Telegram kanalımız