7 İyul - 02:38
“Ağlım olsaydı, çoxdan evlənərdim” - Sevda Yəhyayeva

“Ağlım olsaydı, çoxdan evlənərdim” - Sevda Yəhyayeva

Şou

25 May 2022 17:00 1437


Müğənni Sevda Yəhyayeva ailə həyatının şirinliyindən danışıb.

Yenisabah.az xəbər verir ki, ailə qurması ilə ölkə gündəmindən düşməyən müğənni MTV Azərbaycana bildirib: “Ağlım olsaydı, çoxdan evlənərdim”.

"Subaylıq sultanlıqdır deyirlər, amma evlilik padşahlıqdır. Lakin evlənmək xətrinə yox, məsləhət görürəm ki, həqiqətən ürəklərincə olan insanı sevib-seçib ailə qursunlar. Ailə qurmaq xətrinə bunu etməsinlər.

Sevdiyim işlə məşğul oluram, baxmayaraq ki, ailəm böyüyüb, onlar da mənə dəstəkdir. Ona görə də nə çətinliyim olacaq ki? Hər birimiz öz işimizlə məşğuluq. Həmişə necə indi də elə, səhnədəyəm”

S.Yəhyayeva uşaqla bağlı sualları "Niyə də yox, o da Allah istəyəndə olacaq" sözləri ilə cavablayıb.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!