Ağstafada mərmi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada mərmi tapıldı

Sosial

30 Yanvar 2019 20:05 1221


Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Eynallı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə otlaq sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində heç bir partladıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (OF-832)  aşkar olunaraq mərkəzi məhvetmə ərazisinə daşınıb. pizza sifarişi

Minaatan mərminin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!