Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb. Toyuqlu pizza
Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır.
Telegram kanalımız