Aİ-nin Ermənistandakı missiyasının bir nəfər də olsun müşahidəçisinə atəş açılmayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı monitorinq missiyasının "Twitter" səhifəsində yayılan məlumatda deyilir.
“Biz Ermənistan-Azərbaycan sərhədyanı ərazilərində patrul xidməti həyata keçiririk və Brüsselə hərbi proseslər, o cümlədən məsuliyyət daşıdığımız ərazidə baş verən atışmalarla bağlı hesabat veririk”, - deyə qeyd olunur.
Xatırladaq ki, avqustun 15-də Ermənistan Müdafiə Nazirliyi saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Verin Şorja rayonunda patrul aparan Avropa İttifaqı müşahidəçiləri və onların avtomobili istiqamətində atıcı silahlardan atəş açması barədə məlumat yayıb.
Telegram kanalımız