"Aİ müşahidəçilərinin nələri qeydə aldıqları barədə məlumatımız yoxdur, onlar işləri davam edir, vaxtaşırı Aİ-yə üzv dövlətlər üçün hesabatlar hazırlayırlar".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Aİ-nin Azərbaycanla sərhəddə Ermənistan tərəfində yerləşdirilmiş müşahidə missiyası barədə danışarkən deyib.
O əlavə edib: "Biz isə müşahidəçilərdən press-reliz gözləyə bilmərik".
Nazir müavini bildirib: “Məndə olan məlumata görə, onlar öz işlərini kifayət qədər səmərəli şəkildə yerinə yetirirlər. Əvvəllər beynəlxalq diqqətdən məhrum olduğumuz üçün səmərəli şəkildə”.
Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Ermənistan-Azərbaycan sərhədinə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Müşahidəçilər rayona gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.
Telegram kanalımız