Aİ-nin Rusiya neftinə embarqosu qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

Aİ-nin Rusiya neftinə embarqosu qüvvəyə mindi

Dünya

05 Dekabr 2022 13:42 683


Dekabrın 5-də Aİ-nin Rusiya neftinin tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, sənəddə Avropa İttifaqının Rusiya neftinin dəniz yolu ilə idxalını dayandırdığı bildirilir.

Bundan əlavə, dekabrın 5-dən etibarən Aİ, “Böyük Yeddilik” ölkələri və Avstraliya Rusiya neftinin barelinin qiyməti 60 dollardan yuxarı olan nefti nəql etməyəcək və sığortalamayacaq. Dördpendirli pizza

Embarqo bəzi ölkələrə Rusiya neftini almağa davam etməyə imkan verir. Beləliklə, Bolqarıstan 2024-cü, Xorvatiya isə 2023-cü ilin sonuna qədər Rusiya Federasiyasından enerji resursları ala biləcək.

Həmçinin, bir sıra Avropa ölkələri boru kəmərləri vasitəsilə Rusiya Federasiyasından neft idxalını davam etdirəcək. Bu, coğrafi mövqeyinə görə Rusiyanın enerji resurslarına alternativi olmayan ölkələrə aiddir.

Qeyd olunur ki, neft məhsullarının dənizə tədarükünə embarqo fevralın 5-dən tətbiq olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!