Avropa İttifaqının (Aİ) Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketinə 1473 fiziki şəxs və 205 təşkilat daxil edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Sanksiya siyahısına daxil edilən təşkilatların aktivləri dondurulacaq, Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək. Bundan əlavə, fiziki şəxslərin Aİ-yə daxil olması və ya tranzit keçməsi qadağandır. pizza mizza
Sanksiya siyahısına daxil edilənlər arasında Rusiyanın “Alfa-Bank”, “Tinkoff Bank” və “Rosbank”ı, həmçinin “Rossiya Seqodnya” media qrupu var.
Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini şənbə günü, fevralın 25-də qəbul edib. Məhdudiyyətlər bank sektoruna, qabaqcıl texnologiyalara, eləcə də İran şirkətlərinə təsir edəcək.
Telegram kanalımız