Aİ nümayəndəsi niyə Paşinyanla tez-tez görüşür? - Erməni nəşrindən maraqlı yanaşma

saytların hazırlanması

Evə çatdırılma

Aİ nümayəndəsi niyə Paşinyanla tez-tez görüşür? - Erməni nəşrindən maraqlı yanaşma

Siyasət

15 Mart 2022 19:12 802


“Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin hökumətin ən çox gələn qonaqlarından biridir”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunub.

Erməni nəşri mövzunu belə davam etdirib:

“O, həmçinin Nikol Paşinyanı və Baş nazirin müavinlərini ayrı-ayrılıqda qəbul edir.

Səfir, necə deyərlər, ailənin bir üzvünə çevrilib. O, gündəlik məsləhət və dəstəyi ilə həmişə hakimiyyətin yanında olur və Ermənistanın arxasında Avropa nəfəsini hiss etdirməsi, onun rusiyayönümlü tərəflərə itələnməməsi üçün əlindən gələni edir.

Andrea Viktorin, bu gün Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın müşayiəti ilə Baş nazir Nikol Paşinyanla da görüşüb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!