Aİ Rusiyanın Ukrayna ərazilərində verdiyi pasportların tanınmaması üçün qərar hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Aİ Rusiyanın Ukrayna ərazilərində verdiyi pasportların tanınmaması üçün qərar hazırlayır

Dünya

12 Oktyabr 2022 20:41 783


Avropa İttifaqı işğal olunmuş Ukrayna ərazilərində Rusiya tərəfindən verilmiş xarici pasportların tanınmaması ilə bağlı qərar hazırlayır.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Rusiya Ukrayna vilayətlərinin qanunsuz ilhaqı ilə beynəlxalq nizama əsaslanan qaydalara kobud şəkildə məhəl qoymadığını bir daha nümayiş etdirdi. Biz Ukrayna və Gürcüstanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarının pozulmasını heç vaxt tanımayacağıq. Aİ hər iki ölkə və onların xalqları ilə birlikdə qətiyyətlə dayanır.”, - hazırda Aİ Şurasına sədrlik edən Çexiyanın Baş nazirinin birinci müavini, daxili işlər naziri Vit Rakuşan vurğulayıb. Marqarita pizza

Bildirilir ki, xüsusilə, Aİ səfirləri bu gün Ukrayna və Gürcüstan ərazisində verilmiş Rusiya səyahət sənədlərinin tanınmaması ilə bağlı qərarın qəbulu ilə əlaqədar olaraq Avropa Parlamenti ilə danışıqların aparılması mandatı barədə razılığa gəliblər.

Bu qərar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə və Rusiyanın işğal olunmuş ərazilərin sakinlərinə Rusiya pasportlarının verilməsi praktikasına cavabdır. Bu, Rusiyanın 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin “müstəqilliyini” tanıması ilə bağlı birtərəfli qərarına da aiddir.

Bununla əlaqədar olaraq bildirilir ki, Ukrayna və Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində yaşayan sakinlərə verilən Rusiya səyahət sənədləri viza almaq və ya Şengen ölkələrinin sərhədlərini keçmək üçün etibarlı səyahət sənədləri sayılmayacaq.

Eyni zamanda bu bölgələrdə verilən Rusiya səyahət sənədlərinin artıq tanınmadığı və ya Aİ-yə üzv dövlətlər tərəfindən tanınma mərhələsində olduğu bildirilir. Eyni zamanda, bu qərarın ümumi yanaşmanın yaradılması, xarici sərhədlərin düzgün işləməsinin və ümumi viza siyasətinin təmin edilməsi, habelə Aİ-yə üzv dövlətlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığı qeyd edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!