Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi təklif etməyə hazırlaşır.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə mənbələr məlumat yayıb.
Onların fikrincə, plan ictimaiyyətə açıqlanmadan əvvəl dəyişikliklərə məruz qala bilər. pizza sifarişi
Avropa Komissiyası Ukraynaya qrantlar, güzəştli kreditlər və zəmanətlər şəklində yardım təklif etməyi gözləyir. Paket bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlər tərəfindən maliyyələşdiriləcək. Ukraynaya dəstək planı Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsinə yenidən baxılması çərçivəsində həyata keçiriləcək.
Vəsait Ukraynanın qanunun aliliyinin möhkəmləndirilməsinə və korrupsiyaya qarşı mübarizəyə yönəlmiş islahatlar aparması şərti ilə ödəniləcək.
Telegram kanalımız