Avropa İttifaqı və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə danışıqları intensivləşdirib.
Yenisabah.az “Financial Times” xəbər verir ki, gündəlikdə silah istehsalı sahəsində əlaqələrin gücləndirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik, terrorizmlə mübarizə və Londonun Avropa Müdafiə Agentliyi ilə əməkdaşlığının genişləndirilməsi məsələləri var.
Aİ-yə üzv ölkələrdən birinin rəsmisi qeyd edib ki, Avropanın müdafiə potensialının artması Avropanın maraqlarından irəli gəlir. pizza sifarişi
Böyük Britaniya 2022-ci ildə məqsədi Avropa qitəsində hərbi mülkiyyətin ötürülməsini sürətləndirmək olan Avropa Daimi Struktur Əməkdaşlığı (PESCO) proqramına qoşulub.
Telegram kanalımız