Aİ XİN rəhbərləri 9-cu anti-İran sanksiyalarını təsdiqləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ XİN rəhbərləri 9-cu anti-İran sanksiyalarını təsdiqləyəcək

Dünya

23 İyun 2023 17:58 455


Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri 26 iyunda İrana qarşı 9-cu sanksiyalar paketini təsdiqləyəcək.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi danışıb.

Onun sözlərinə görə, İttifaq Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etsə də, rəsmi Brüssel hələ də nüvə proqramı üzrə razılığın əldə olunmasına ümid edir. Pepperoni pizza

Diplomat vurğulayıb ki, Aİ bundan öncə İranda insan haqlarının pozulmasına görə Tehrana qarşı səkkiz sanksiya paketi tətbiq edib.

Məhdudiyyətlər arasında İranın Avropadakı aktivlərinin dondurulması, Aİ ərazisinə giriş qadağası və Avropa biznes dairələrinin İrana qarşı sanksiyalar çərçivəsində qara siyahıda adları yer alanlarla işgüzar əlaqələrinə qadağaların tətbiqi daxildir.

Xatırladaq ki, bir müddət öncə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell çıxışı zamanı bildirmişdi ki, İttifaqın İrana qarşı davamlı olaraq yeni sanksiyalar tətbiq etməsi İranla nüvə sazişinin bərpası səylərinə mənfi təsir etməməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!