“Ailə Məcəlləsinə dəyişiklik edilməlidir”   - Kəmalə Ağazadə 

saytların hazırlanması

Evə çatdırılma

“Ailə Məcəlləsinə dəyişiklik edilməlidir” - Kəmalə Ağazadə 

Sosial

02 Noyabr 2021 12:36 701


“Əlbəttə, qanunvericilikdə dəyişikliyin edilməsi mütləq olmalıdır. Çünki qanunvericilikdə yeniyetmə qızların nişanlanması məsələsi qeyd olunmayıb, sadəcə erkən evlilik aktı baş veribsə, o zaman məsələyə hüquqi qiymət verilir. Ona görə də, bu məsələyə hüquqi qiymət verilməsi üçün qanuna yenidən baxılması vacibdir”.

Bunu Yenisabah.az-a açıqlama verən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib

Qeyd edək ki, Azərbaycanda 17 yaşına qədər qızların erkən ərə verilməsi və onların bu yolla təhsildən yayındırılması hallarına hələ də rast gəlinir. Bu halları xüsusən kənd rayonlarında daha çox görmək mümükündür. Adətən, belə hadisələr olduqda ailə icra hakimiyyəti və polis nəzarətinə götürülür, nişan olubsa, yalnız qanunvericiliyin tələbindən kənar sayılan toyun qarşısı alınır.  pizza hut

“Bu hadisələrin qarşısını almaq üçün maarifləndirməyə diqqət yetirilməlidir. Axı nə üçün 14 yaşlı uşaq hələ ki, öz uşaqlığını yaşamadan ailə qurmağa məcbur edilməlidir?! Hər bir uşaqla məktəblərdə çox ciddi iş aparılmalıdır. Həmçinin, ailələrlə görüşlər keçirilməlidir. Düzgün düşüncə tərzi təbliğ edilməlidir. Burada istər regionda, istərsə də böyük şəhərlərdə uşaqlarla işin təşkilindən söhbət gedir. Valideynlər bu məsələdə baş roldurlar. Ona görə də, hər bir valideyn öz tərbiyə üsulunu gözdən keçirməli, diqqətlə övladlarını böyütməlidirlər”, - Kəmalə Ağazadə qeyd edib.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!