Ailə tərkibi və sosial yardım - kim nə qədər ala bilər?

saytların hazırlanması

Evə çatdırılma

Ailə tərkibi və sosial yardım - kim nə qədər ala bilər?

Sosial

09 Yanvar 2022 09:16 32964


2022-ci il üçün ehtiyac meyarının məbləği 170 manatdan 200 manata qaldırılır. 30 manat və ya 17,65 faiz artıma görə, ünvanlı sosial yardım üçün daha çox insan müraciət edə biləcək.

Qeyd edək ki, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılacaq. 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata qaldırılır. Beləliklə, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür. Nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq.

İqtisadçı Eyyub Kərimli Sputnik Azərbaycan-a deyib ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır: Pepperoni pizza

"Hazırda ehtiyac meyarının həddi 3 nəfərlik ailə üzrə 510 manat təşkil edir. 2022-ci ildən isə bu rəqəm 600 manat olacaq. Məsələn, 3 nəfərlik ailənin aylıq gəliri 500 manat olarsa, həmin ailə 100 manat ünvanlı dövlət sosial yardımı (600-500=100) ala biləcək. Digər bir misalla, 2022-ci ildə ehtiyac meyarının həddi 4 nəfərlik ailə üzrə 800 manat olacaq (2021-də 680 manat idi). 2022-də 4 nəfərlik ailənin orta aylıq gəliri 600 manat olarsa, ailəyə 200 manat ünvanlı dövlət sosial yardımı təyin edilə bilər. Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım almaq üçün daha çox insanın müraciət etmək imkanını genişləndirəcək, daha çox insan müraciət edə biləcək".

Ünvanlı dövlət sosial yardımı haqqında və bu yardım kimlərə şamil edilir?

Ünvanlı sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.

Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; axtarışda olan şəxslər; Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; əcnəbilər(Azərbaycanın ərazisində daimi yaşayanlar istisna olmaqla).

Sosial yardımın təyin olunması müddəti

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Sosial yardım almaq hüququna yenidən baxılması

Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq quruma 15 iş günü müddətində məlumat verməlidir.

Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada geri qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Sosial yardım nağdsız qaydada ödənilir

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tehmine
    Salam biz 6 neferiy 4 az yawli qizim var axrinci qizimin 1 yawi yeni oldu yoldawim ve men hec bir dovlet işinde iwlemirik qaynanamin evinde qaliriq mufeqedi nece sosyal ala bilerem?
    6 months ago
  • cavid
    Salam men aile qurmuşam amma heç yerde işlemirem övladim yoxdu bu menede düzələ biler?
    4 years ago
  • Elvira
    Salam.men defelerle ceht etmiwem ancaq duzeldemmemiwem.3ovladim2si de ovladliga goturmuwem.yardim edin neolar.men nece duzeldim sosial muavineti?
    4 years ago
  • Araz
    Salam men ailede 4 neferem iki mektebli uşaq tek men işleyirem aldıgım emek haqqı 234 manatdı men bu sosiyal yardımdan nece yararlana bilerem zehmet olmasa acıqlama vererdiz
    4 years ago
  • Pervin
    salam ailəde 6 neferik 4 usaq mektebli yoldasim men hec birmiz işlemirik biz ala bilerkmi?
    4 years ago
  • pərviz
    Salam 50 yaşim var özüm həstə adamam,iştəmirəm dolanna bilmirəm necə alla bilərəm social yardim
    4 years ago
  • Ramin
    Salam evvela salamliyiram her kesi bir ayile var 300 manat emey haqqi alir 5 nefer ayledirller 3 balaca usaqi var en boyuyu 2 ci sinifde oxuyu sosiyal yardimlari kesilib diyilirki yoldasinin ayaqinda pay torpaq var zehmet olmasa coxx xaiş edirem bu kasib ayleye komeyliy edeyki sosiyal yardim alsinlar ¹
    4 years ago
  • Nazim
    Ailədə 5 nəfərik üçü az yaşli məktəblidi. ĺşləyirəm aylıq gəlirim 358 manatdır .başqa gəlirim yoxdur. Sosial yardım düşə bilər ?
    4 years ago
  • Isgenderova Nergiz Tariyel qizi
    Salam. Hec bir yerde ishlemirem,pensiya almiram,ishe de goturmurler.Sosial yardim nece ala bilerem?
    4 years ago
  • Emin Ehmedov
    Salam.Mən yararlana bilərəm
    4 years ago
  • ramazan
    salam 3 övladım var 33 yaşındayım heç hardan heçne gelmir yolunu öyredin mwnde bilim
    4 years ago
  • Asif
    salam ailede 6 neferik is yerimde yoxdur
    4 years ago
  • Zaur
    Salam mən sosiyal yardim almaq ucun muraciyet etmişəm nece ede biler
    4 years ago
  • Rubail
    Salam men jararlana bilerem
    4 years ago
  • sevil muradova
    biz 2 nəfərik mən 259 m. pensiya aliram ərimin 63 yaşi var hec yerə işə qötürmürlər pensiya da vermirlər bizə sosial yardim düşürmü düşmürmü?
    4 years ago
  • Nicat
    Xalis edirəm mene sosial yardım haqqında məlumat veresiz düşür sosial
    4 years ago
  • Məcid
    Ümumiyyətlə heç bir təminatlı olmayan ( işləməyən və s.) ailələri, insanlarl bu işbazlar futbol topu kimi Bakln şəhərində ötür- ötür oyununa salaraq başlama oyun açırlar. DOST ASANA, ASAN MƏŞQULLUQA və s. Zəhmət olmasa Bu məsələnin, işləməyən ( özlərindən asll olmayaraq) ailələrin, insanlarln necə sos yardlm ala.biləcəyini yazln
    4 years ago