Ailələrə xoş xəbər: Hər ay 315 manat veriləcək...

saytların hazırlanması

Evə çatdırılma

Ailələrə xoş xəbər: Hər ay 315 manat veriləcək...

Sosial

28 Mart 2025 10:14 43602


Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Yenisabah.az xəbər verir ki, mövcud təkliflər üzərində iş aparılır və onların ölkənin demoqrafik inkişafına dair hazırlanacaq dövlət proqramına daxil edilməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, belə bir addım ailələrin sosial rifahına müsbət təsir göstərə və doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.

Statistikaya əsasən, hazırda ölkədə bu kateqoriyaya aid olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, həmin ailələr də çoxuşaqlı statusu alacaq və onların uşaqları sosial müavinətlərdən yararlanmaq hüququ əldə edəcəklər. Bu isə daha çox ailənin dövlət dəstəyindən faydalanmasını təmin edəcək.

Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı News24.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir Azərbaycanda faktiki olaraq çoxuşaqlı ailə modeli 3 uşaqdan ibarətdir:

"Biz artıq biruşaqlı ailə modelinə keçmişik. Az-az hallarda bəzi ailələrdə 2 uşaq olur. 3 uşaqlı ailə olması artıq maksimum nəticədir və bu, ölkədə çoxuşaqlı ailə sayılır. Baxmayaraq ki, qanunda 5 və daha artıq uşağı olanlara müavinət verilir. Artıq heç bir ailədə 6 uşaq olmur, çox nadir hallarda bu baş verir. 4-5 uşaqlı ailələr ağır vəziyyətdə yaşayır. Bugünkü əmək haqqı məbləği ilə ailələr maksimum 1-2 uşağı saxlaya bilərlər. 3 uşaq artıq həm psixoloji, həm də sosial baxımdan çoxuşaqlı ailə hesab edilir. Millətin davamlılığı üçün minimum uşaq sayı 3-dür”.

Ekspert qeyd edib ki, dünya ölkələrində doğum səviyyəsinin azalmaması üçün müxtəlif sosial proqramlar həyata keçirilir:

"Müxtəlif ölkələrdə bunun qarşısını almaq üçün sosial proqramlar var. Bizdə uzun illərdir bu məsələ müzakirə olunur, lakin hələ ki, heç bir nəticə yoxdur. Heç olmasa, 3 və daha çox uşağı olan ailələrə sosial yardım ayrılmalıdır. Evlənmələrin sayı azalıb, boşanmalar artıb. Uşaqpulunun verilməsi mümkündür, lakin hələ ki, belə bir qərar qəbul olunmur. Cəmiyyət olaraq daha ciddi problemlərin yaşanmaması üçün bunun qarşısı alınmalıdır”.

Qeyd edək ki, hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. 3 uşaq üçün bu məbləğ aylıq 315 manat edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rufet
    Salam 3 övladı yeni dünyaya gəlib onlara baxmaq üçün madi desdeye ehtiyacim var
    11 days ago
  • Rufet
    Salam 3 övladı yeni dünyaya gəlib onlara baxmaq üçün madi desdeye ehtiyacim var
    11 days ago
  • Səlimov Ramil, 3 uşaqlı valideyn
    3 uşaqlı valideyn olaraq çox ehtiyac duyulur bu dövlət dəstəyinə
    1 year ago
  • Abidova Gunes
    3 uşaqli aileye .4 uşaqlı aileye yardım lazımdı ,cənab prezident hamı uşaq pulu istəyir heç kim sosial istəmir çünki sosiali dövlətdi alır uşaq pulu verin
    1 year ago
  • Vusale
    Neçə ildir eyni şeyi eşidirik amma ortada bir şey yoxdur.Deyecekler ki,niye dogub tokursuz ki,bqxa da bilmirsiz.Baxa bilerdik eger ölkədə hər şeyin qiyməti qaydasında qalsaydı.Komunal xərclər gunu gunden artir.Evde bir nefer işleyirse bunlari nece çatdirsin? Qazandigi ele komunal xerclere gedir.Rusiyani beyenmirik, amma onalar qeder de olmadiq
    1 year ago
  • Leyla Ağayeva
    Qərara otursa yaxşı olar
    1 year ago
  • Name Mahmudova
    Salam bizim ailemizde cox usaqli gedir bizim durumumuz cox pisdi komeyliy edersiz cox xais edirem sizden
    1 year ago
  • Özal
    Kecen il oktiyabirdan sened vermiwik lakin sosiyal muavinat heleki vermillerki vermiller 3 uwaqim var evdede tek iwdeyen menem450 m maaw aliram hele bir xeber yoxdu gozdeyirik heleki
    1 year ago
  • Xavər
    4 uşaq anasıyam. Balakən rayonunda yaşayıram. 3 oğlum məktəblidir. Azyaşlı qızım var. Yoldaşım fəhlə işləyir. Hər uşağa 105 manat verilsə yaxşı olar. Heç olmasa uşaqların məktəb paltarını, yol pulunu ödəyər. Xaiş edirəm, bu məsələyə baxılsın.
    1 year ago
  • Hədiyyə
    3 usaxli ana kimi Xaiş edirəm 3usaxli ailələri də çox usaxlı ailə kimi qəbul edilsin çıx eziyet cekirik
    1 year ago
  • Masif
    Mənimdə 3 usagim var yeməyi, geyimi catdira bilmirem 2 oglan 1 qiz gələcəyə 2 əsgər böyüdürem amma imkan yoxdu verilsə yaxsi olar ehtiyac coxdur bu pula
    1 year ago
  • Ağaqulu
    Salamun əleykim. Mənim 5 oğlan evladim var mənə heçnə vermirlər. Ələ salıb deyirlərki gərək 6 olsun. Xahiş edirəm gələcəyin 5 əsgərinə dəstək olun
    1 year ago
  • Şərif
    Doğrudur
    1 year ago
  • Şərif
    Salam həqiqətən veriləcək məndə 3 uşaq eziyet cekrem
    1 year ago
  • Ramilə
    Salam 2uşaq olan bu sosial yardım dan yaralama bilər?və hara müraciət və ya hansı saytda qeydiyyatdan keçmək gerek?
    1 year ago