"Finlandiya və İsveç NATO-ya daxil olma üçün Ankaranın tələb etdiyi konkret addımlardan daha çox "təxribat xarakterli addımlar" atırlar".
Yenisabah.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
O deyib: "Təəssüf ki, Finlandiya və İsveçdə təxribat xarakterli hərəkətlər hələ də davam edir. Biz İsveç və Finlandiyadan konkret addımlar gözləyirik". Dominos pizza
Akar İsveç və Finlandiya arasında üçtərəfli memorandumda göstərilən tələblərin çox aydın olduğuna diqqət çəkib:
"İsveç və Finlandiya yerinə yetirilməsi lazım olan müəyyən öhdəliklər götürüblər. Bu memorandum prosesin sonu deyil, yalnız başlanğıcıdır. Bütün məsələlər həll edildikdən sonra Türkiyə parlamentində ərizələr üzrə səsvermə keçiriləcək".
Telegram kanalımız