Akar suriyalı vəzifədaşı ilə görüşü faydalı adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Akar suriyalı vəzifədaşı ilə görüşü faydalı adlandırdı

Dünya

26 Aprel 2023 11:26 546


Türkiyənin  müdafiə naziri Hulusi Akar Suriya üzrə Moskvada keçirilən danışıqları “faydalı və müsbət” adlandırıb.

Yenisabnah.az "CNN Türk"ə istinadla xəbər verir ki, o, danışıqların yaxın gələcəkdə də davam etdiriləcəyinə ümid edir.

“Bu görüşlər faydalı və müsbət oldu, mühüm töhfə verildi. Tərəflərlə regionda sülh, sabitlik və əmin-amanlığın bərqərar olması üçün səylərin zəruriliyi barədə razılığa gəldik. Danışıqların yaxın gələcəkdə davam etdiriləcəyinə ümid bəslədik”, - deyə Akar vurğulayıb. Dördpendirli pizza

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi görüşdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün konkret addımlar müzakirə olunduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!