Akar: “Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub“

saytların hazırlanması

Evə çatdırılma

Akar: “Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub“

Dünya

28 Sentyabr 2022 13:47 693


“Bu günədək 200-dən çox gəmi 5 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazirin sözlərinə görə, müharibə nəticəsində yaranan qida və enerji böhranı məsələsində Türkiyə fəal diplomatiya həyata keçirir: Toyuqlu pizza

“İstanbulda əldə olunan “Taxıl razılığı” BMT-nin son illərdə imza atdığı ən böyük uğurlardandır”.

H. Akar bildirib ki, iyulun 27-də fəaliyyətə başlayan Birgə Koordinasiya mərkəzi vasitəsilə Ukrayna limanlarındakı taxıl digər ölkələrə təhlükəsiz formada çatdırılır:

“Türkiyə regionda və dünyada təhlükəsizliyi təmin edən bir ölkə kimi Ukrayna böhranında da ilk gündən etibarən təsirli və konstruktiv mövqe sərgiləyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!